Maye xromatoqrafiyası
HPLC (High Performance Liquid Chromatography) – Yüksək Performanslı Maye Xromatoqrafiyası qısaca HPLC adlanır. "Yüksək performans" anlayışı, yüksək ayırdetmə qabiliyyəti və ya seçiciliyi ifadə edir.
HPLC cihazı, analitik ayırma məqsədi üçün ən çox istifadə olunan cihazlardan biridir. Qarışıqdakı komponentlərin ayrılmasında maye hərəkətli fazadan istifadə olunur. Bu komponentlər əvvəlcə həlledicidə həll edilir və daha sonra yüksək təzyiq altında xromatoqrafiya kolonundan keçməyə yönəldilir.
Geniş istifadə edilməsinin əsas səbəbləri arasında yüksək həssaslıq, kəmiyyət təyinatları üçün asanlıqla tətbiq edilə bilməsi, uçucu olmayan və ya temperatur təsiri ilə asanlıqla parçalanan maddələrin ayrılmasına uyğun olması göstərilə bilər. Ən mühüm üstünlüklərindən biri isə bir çox sənaye sahələri, elm sahələri və cəmiyyətin birbaşa maraqlandığı maddələrin geniş diapazonda analizinə imkan verməsidir. Bu cür maddələrə misal olaraq, amin turşuları, zülallar, nuklein turşuları, karbohidratlar, dərmanlar və pestisidlər göstərilə bilər.
Yüksək performanslı maye xromatoqrafiyası, qida və içki sənayesi, ətraf mühit mühəndisliyi, tibb, neft-kimya, kənd təsərrüfatı, istehlak malları, sənaye kimyası, farmakologiya və digər müxtəlif sahələrdə kimyəvi maddələrin ayrılması, təmizlənməsi aşkar edilməsi və miqdarının müəyyənləşdirilməsi məqsədilə geniş şəkildə istifadə olunur.
Əlaqəli məhsullar

Load & Lock Kolonlar
Load & Lock KolonlarDinamik və ya statik axial sıxılma prosesinə malik olan (DAC/SAC) Agilent Lo...

2D-LC Proqram Təminatı
Agilent InfinityLab ikiölçülü maye xromatoqrafiyası texnologiyasının bir hissəsi olan 2D-LC proqram...

Avtomatik Saflaşdırma Proqram Təminatı
Avtomatik Saflaşdırma Proqramı, qradiyentin ötürülməsini analitik miqyasdan preparativ miqyasa avtom...

BİO-SEC Proqram təminatı
Agilent Bio-SEC Proqramı tamamilə protein xarakterizasiyası üçün hazırlanmış mükəmməl bir proqramdır...

Cirrus GPS proqram təminatı
Agilent Cirrus GPC proqramı, OpenLab CDS ChemStation Edition üçün asan quraşdırılan əlavədir və xrom...
Genişləndirilmiş Yeni Doğulmuşların Skrininqi LC-MS/MS Analiz Dəsti
Yenidoğulmuşların skrininqi (NBS), körpələrin doğumundan dərhal sonra həyata keçirilən və müalicə ol...
Sidikdə Üzvi Turşu GC-MS Analiz Kiti
Üzvi turşular geniş bir birləşmə sinfini təşkil edir və amin turşusu mübadiləsi, yağ turşularının ok...
DBS LC-MS/MS Analiz Kiti ilə Lizosomal Xəstəliklərin Skrininqi
Lizozomal fermentlər hüceyrələrin istifadə edə biləcəyi maddələrə çoxlu şəkərləri və lipidləri metab...
Serumda Steroid Hormonların LC-MS/MS Analizi Kiti
Steroid hormonlar, aşağı konsentrasiyalarda belə bədən proseslərində mühüm rol oynayan təsirli biolo...
Serumda Üzvi Turşuların LC-MS/MS Analiz Kit
Üzvi turşuların bədəndə yığılması ilə xarakterizə olunan genetik xəstəliklər (üzvi turşu sidik turşu...