Maye xromatoqrafiyası
HPLC (High Performance Liquid Chromatography) – Yüksək Performanslı Maye Xromatoqrafiyası qısaca HPLC adlanır. "Yüksək performans" anlayışı, yüksək ayırdetmə qabiliyyəti və ya seçiciliyi ifadə edir.
HPLC cihazı, analitik ayırma məqsədi üçün ən çox istifadə olunan cihazlardan biridir. Qarışıqdakı komponentlərin ayrılmasında maye hərəkətli fazadan istifadə olunur. Bu komponentlər əvvəlcə həlledicidə həll edilir və daha sonra yüksək təzyiq altında xromatoqrafiya kolonundan keçməyə yönəldilir.
Geniş istifadə edilməsinin əsas səbəbləri arasında yüksək həssaslıq, kəmiyyət təyinatları üçün asanlıqla tətbiq edilə bilməsi, uçucu olmayan və ya temperatur təsiri ilə asanlıqla parçalanan maddələrin ayrılmasına uyğun olması göstərilə bilər. Ən mühüm üstünlüklərindən biri isə bir çox sənaye sahələri, elm sahələri və cəmiyyətin birbaşa maraqlandığı maddələrin geniş diapazonda analizinə imkan verməsidir. Bu cür maddələrə misal olaraq, amin turşuları, zülallar, nuklein turşuları, karbohidratlar, dərmanlar və pestisidlər göstərilə bilər.
Yüksək performanslı maye xromatoqrafiyası, qida və içki sənayesi, ətraf mühit mühəndisliyi, tibb, neft-kimya, kənd təsərrüfatı, istehlak malları, sənaye kimyası, farmakologiya və digər müxtəlif sahələrdə kimyəvi maddələrin ayrılması, təmizlənməsi aşkar edilməsi və miqdarının müəyyənləşdirilməsi məqsədilə geniş şəkildə istifadə olunur.
Əlaqəli məhsullar
Sidikdə HVA, VMA və 5-HIAA LC-MS/MS Analiz Kiti
Epinefrin və norepinefrin metabolizmasının məhsulu olan anillylmandelic acid (VMA) , dopaminin son m...
Katekolaminlər, Sərbəst Metanefrinler və Serotonin LC-MS/MS Analiz Kiti
Stress vəziyyətində adrenal vəzilər tərəfindən ifraz olunan catecholamine-lər əsas metabolitləri met...
Serum/Plazma Serotonin LC-MS/MS Analiz Kiti
Serotonin (5-hidroksitriptamin), triptofan amin turşusundan sintez olunan monoamin neyrotransmitterd...
Sərbəst Metanefrinlər LC-MS/MS Analiz Kiti
Normetanephrine və metanephrine müvafiq olaraq norepinephrine və epinephrine o-metillənmiş törəmələr...
Plazmada katekolaminər LC-MS/MS Analiz Kiti
Xəstələrdə adreno-simpatik funksiyanı qiymətləndirmək üçün epinephrine (E), norepinephrine (NE) və d...