Maye xromatoqrafiyası
HPLC (High Performance Liquid Chromatography) – Yüksək Performanslı Maye Xromatoqrafiyası qısaca HPLC adlanır. "Yüksək performans" anlayışı, yüksək ayırdetmə qabiliyyəti və ya seçiciliyi ifadə edir.
HPLC cihazı, analitik ayırma məqsədi üçün ən çox istifadə olunan cihazlardan biridir. Qarışıqdakı komponentlərin ayrılmasında maye hərəkətli fazadan istifadə olunur. Bu komponentlər əvvəlcə həlledicidə həll edilir və daha sonra yüksək təzyiq altında xromatoqrafiya kolonundan keçməyə yönəldilir.
Geniş istifadə edilməsinin əsas səbəbləri arasında yüksək həssaslıq, kəmiyyət təyinatları üçün asanlıqla tətbiq edilə bilməsi, uçucu olmayan və ya temperatur təsiri ilə asanlıqla parçalanan maddələrin ayrılmasına uyğun olması göstərilə bilər. Ən mühüm üstünlüklərindən biri isə bir çox sənaye sahələri, elm sahələri və cəmiyyətin birbaşa maraqlandığı maddələrin geniş diapazonda analizinə imkan verməsidir. Bu cür maddələrə misal olaraq, amin turşuları, zülallar, nuklein turşuları, karbohidratlar, dərmanlar və pestisidlər göstərilə bilər.
Yüksək performanslı maye xromatoqrafiyası, qida və içki sənayesi, ətraf mühit mühəndisliyi, tibb, neft-kimya, kənd təsərrüfatı, istehlak malları, sənaye kimyası, farmakologiya və digər müxtəlif sahələrdə kimyəvi maddələrin ayrılması, təmizlənməsi aşkar edilməsi və miqdarının müəyyənləşdirilməsi məqsədilə geniş şəkildə istifadə olunur.
Əlaqəli məhsullar

1260 Infinity II Analytical Scale Fraction Collector
1260 Infinity II Analytical Scale Fraction Collector 0,1 ilə 10 mL/dəq arasında olan tipik axın sürə...

1260 Infinity II Bio-Inert Fraction Collector
1260 Infinity II Bio-Inert Fraction Collector, ayrılmış birləşmələri daha dərindən araşdırmaq lazım...

1260 Infinity II Preparative Valve-Based Fraction Collector
LC ilə gündəlik olaraq birləşmələrin ayrılması və təmizlənməsi üçün nəzərdə tutulmuş 1260 Infinity I...

1260 Infinity II Preparative-Scale Fraction Collector
1260 Infinity II Preparative-Scale Fraction Collector, tipik axın sürətləri 4-dən 100 mL/dəq-ə qədər...

1290 Infinity II Preparative Open Bed Fraction Collector
1290 Infinity II Preparative Open Bed Fraction Collector yarı preparativ və preparativ miqyaslı LC s...

1290 Infinity II Preparative Open-Bed Sampler/Collector
1290 Infinity II Preparative Open-Bed Sampler/Collector yarı preparativ və preparativ miqyaslı LC sa...

1200 Infinity Instant Pilot
1200 Infinity Seriyası Instant Pilot idarəetmə cihazı, demək olar ki, saysız sayda Agilent maye xrom...

1290 Infinity II Multicolumn Thermostat
1290 Infinity III Multicolumn Thermostat MCT) – 20 °C ətraf temperaturun altına qədər soyutma və 110...

1260 Infinity II Preparative Column Organizer
1260 Infinity II Preparative Column Organizer saflaşdırma iş axınları üçün dəstək modulu kimi...

1260 Infinity II Multicolumn Thermostat