Maye xromatoqrafiyası
HPLC (High Performance Liquid Chromatography) – Yüksək Performanslı Maye Xromatoqrafiyası qısaca HPLC adlanır. "Yüksək performans" anlayışı, yüksək ayırdetmə qabiliyyəti və ya seçiciliyi ifadə edir.
HPLC cihazı, analitik ayırma məqsədi üçün ən çox istifadə olunan cihazlardan biridir. Qarışıqdakı komponentlərin ayrılmasında maye hərəkətli fazadan istifadə olunur. Bu komponentlər əvvəlcə həlledicidə həll edilir və daha sonra yüksək təzyiq altında xromatoqrafiya kolonundan keçməyə yönəldilir.
Geniş istifadə edilməsinin əsas səbəbləri arasında yüksək həssaslıq, kəmiyyət təyinatları üçün asanlıqla tətbiq edilə bilməsi, uçucu olmayan və ya temperatur təsiri ilə asanlıqla parçalanan maddələrin ayrılmasına uyğun olması göstərilə bilər. Ən mühüm üstünlüklərindən biri isə bir çox sənaye sahələri, elm sahələri və cəmiyyətin birbaşa maraqlandığı maddələrin geniş diapazonda analizinə imkan verməsidir. Bu cür maddələrə misal olaraq, amin turşuları, zülallar, nuklein turşuları, karbohidratlar, dərmanlar və pestisidlər göstərilə bilər.
Yüksək performanslı maye xromatoqrafiyası, qida və içki sənayesi, ətraf mühit mühəndisliyi, tibb, neft-kimya, kənd təsərrüfatı, istehlak malları, sənaye kimyası, farmakologiya və digər müxtəlif sahələrdə kimyəvi maddələrin ayrılması, təmizlənməsi aşkar edilməsi və miqdarının müəyyənləşdirilməsi məqsədilə geniş şəkildə istifadə olunur.
Əlaqəli məhsullar

1260 Infinity III Isocratic Pump
1260 Infinity III Isocratic Pump HPLC, UHPLC və GPC/SEC tətbiq sahələri üçün izokratik həlledici ida...

1260 Infinity II Flexible Pump
1260 Infinity II Flexible Pump, dörd həll ediciyə qədər qradient əmələ gətirən və həll edici qarışdı...

1260 Infinity II Bio-Inert Pump
1260 Infinity II Bio-Inert Pump bioloji və yüksək pH səviyyəli tətbiq sahələrində istifadə üçün bio-...

1260 Infinity II Bio Flexible Pump
1260 Infinity II Bio Flexible Pump, biofarmasevtik tətbiq sahələri və yüksək duz tərkibli, həmçinin...

1290 Infinity II Preparative Binary Pump
1290 Infinity II Preparative Binary Pump , 600 baradək 1-dən 200 mL/dəq-ə qədər axın sürətləri təmin...

1260 Infinity II Diode Array Detector HS
Sabit dizayna malik 1260 Infinity II Diode Array Detectoru HS, hüceyrə dispersiyası təsirlərindən ya...

1290 Infinity II Refractive Index Detector
1290 Infinity II Refractive Index Detector (RID), UHPLC DRI təcrübələri üçün mükəmməl hə...

1290 Infinity II High Dynamic Range DAD System
Fərqli yol uzunluqlarına malik Max-Light axın hüceyrələrinə sahib iki Diode Array detector-und...

1290 Infinity II Diode Array Detector
1290 Infinity II Diode Array Detector (DAD), ultra sürətli UHPLC ayrılmaları üçün 240 Hz-ə qəd...

1290 Infinity II Diode Array Detector FS
1290 Infinity II Diode Array Detectoru FS Fast Scanning sürətli LC ayrılmaları üçün 120 Hz-ə q...