Spektroskopiya
Həssaslıq Nəzarəti
Həssaslıq (precision) cihaz tərəfindən ardıcıl ölçmələr zamanı alınan oxunuşların bir-birinə uyğunluğudur. Bir ölçmədə ardıcıl oxunuşların uyğun olması (yəni yüksək həssaslıq) analiz nəticəsinin doğru olduğu (doğruluq – accuracy) mənasına gəlmir.
Doğruluq isə ölçülən dəyərin həqiqi dəyərə yaxınlığıdır. İdeal bir analizdə həm həssaslıq, həm də doğruluq maksimum səviyyədə olmalıdır.Ümumiyyətlə, həssaslıq problemləri cihaz performansı ilə,doğruluq problemləri isə nümunənin çirklənməsi və ya onun təbii xüsusiyyətləri ilə bağlı texniki səbəblərdən yaranır.
ICP-MS laboratoriyasında yüksək həssaslıq və doğruluq əldə etmək üçün aşağıdakı yanaşmalar tətbiq olunur:
✅ Həssaslıq nəzarəti: cihazın ardıcıl oxunuşlar arasındakı fərqi minimuma endirəcək şəkildə tənzimlənməsi ilə təmin edilir.
✅ Doğruluq nəzarəti: yüksək keyfiyyətli standartlar, kimyəvi maddələr və laboratoriya ləvazimatları istifadə olunur.
✅ Doğruluğu təmin etməyin əsas yollarından biri tərkibi məlum olan referans nümunələrin digər nümunələrlə eyni şəkildə hazırlanaraq ölçülməsidir.
Spektroskopiya haqqında bilinməsi vacib olanlar
Spektroskopiyanın iş prinsipi
ICP-MS iki hissədən ibarətdir:
1.İnduktiv birləşmiş plazma (ICP)
2.Kütlə spektrometriyası (MS)
Nümunədəki elementlər ICP-də ionlaşdırıldıqdan sonra MS-yə göndərilir və burada kütlə/yüklənmə (m/z) nisbətinə görə ayrılaraq ölçülür.
İstifadə sahələri
- Silah sənayesi (güllə qalıqları, maddə xarakterizasiyası, zəhərlər)
- Qida təhlükəsizliyi
- Ətraf mühit (içməli su, dəniz suyu, tullantı suları, torpaq, lil)
- Klinik sahə (qan, saç, sidik)
- Geologiya (torpaq, qaya nümunələri)
ICP-MS cihazı ilə analiz edilə bilən elementlər:
Se, Fe, B, Ca, Mn, Cd, Zn, Cu, Ni, Cr, Pb, Sb, Na, Co, Mg, Y, Hg, Al, Sn, Au, Ag, As, Ba, Bi, Cs, Ga, Hf, Mo, Nb, Rb, Sc, Sr, Ta, Ti, V, W, Zr, La, P, Tl, K, Li, Be, Ge, Br, Ru, Rh, Pd, In, Te, I, Re, Os, Ir, Pt, Ce, Pr, Nd, Sm, Eu, Gd, Tb, Dy, Ho, Er, Tm, Yb, Lu, U, Th
ICP-MS tətbiqlərinə nümunələr
Geologiya və hidrogeologiya:
- Qaya, torpaq və filiz minerallarının kimyəvi analizi
- Qaya və torpaqda qızıl, platin kimi qiymətli metalların analizi
- Yeraltı və minerallı suların içməli su keyfiyyətinin təyini
- Torpaq və suda ağır metal çirklənməsinin aşkar edilməsi
- Sənaye xammallarında iz element analizləri
- Hidrogeoloji tədqiqatlarda istifadə
Ətraf mühit:
- Su və tullantı suların analizi
- Torpaq və lil nümunələrinin analizi
Yarı keçiricilər:
- Yarımkeçirici cihazlarda keyfiyyət nəzarəti
- Silikon lövhələrinin analizi
Nüvə sənayesi:
- Nüvə tullantılarının analizi
- Sidikdə və qanda uran səviyyəsinin ölçülməsi
- Nüvə partlayışından sonra yayılan parçalanma məhsullarının təyini
Klinik və tibbi sahə:
- Bədən mayelərində iz metalların təyini
- Metal zəhərlənmələrinin aşkarlanması
- Dərman və qida əlavələrində iz metal analizi
Məhkəmə-tibbi ekspertiza:
- Cinayət yeri maddələrinin identifikasiyası
- Silah atış qalıqlarının təhlili
- Mənbə təsdiqlənməsi
Qida və içkilər:
- Meyvə suları, şərab və qiymətli metallarda təhlillər
Neft-kimya sənayesi:
- Xammal və bitmiş məhsullarda çirklənmələrin analizi
- Kimyəvi proseslərin izlənməsi
Əlaqəli məhsullar

240FS AA
Agilent 240FS AA – nümunə miqdarını iki dəfə artıra bilən və istismar xərclərini əhəmiyyətli dərəcəd...

280FS AA
Agilent 280FS AA – daha yüksək performans üçün 8 lampalı tutuma, premium (birinci dərəcəli) optikaya...

55B AA
Agilent 55B AA, təkmilləşdirilmiş xüsusiyyətlərə malik giriş səviyyəli bir AA sisteminə ehtiyac duya...

240Z AA
Agilent 240Z AA, həssas və dəqiq nəticələr verən bir qrafit soba AA spektrometridir. Bu cihaz, ən ya...

AA Duo
Agilent AA Duo, alov və qrafit sobasının eyni anda işləyə biləcəyi dünyanın yeganə Atomic Absorption...

4210 MP-AES
Agilent 4210 MP-AES, ppb səviyyələrinə qədər yüksək həssasiyyət və aşkar etmə limitlərinə malikdir v...

5800 ICP-OES
Agilent 5800 ICP-OES ( Inductively Coupled Plasma Optical Emission)– vaxt itkisini minimuma endirmək...

5900 ICP-OES
Agilent 5900 SVDV ağıllı ICP sistemi, ən yüksək nəticələri tələb edən yüksək məhsuldarlıqlı laborato...

8800 Triple Quadrupole ICP-MS
Agilent 8800 — dünyanın ilk ICP Triple Quadrupole (ICP-QQQ) cihazı olub, misilsiz uyğunluq xüsusiyyə...

8900 Triple Quadrupole ICP-MS
Yeni nəsil 2-ci versiya olan 8900 ICP-QQQ, gündəlik analizlərdən tutmuş inkişaf etmiş tədqiqat...