Ohaus MB90 &120

Ohaus MB120 və MB90 cihazları ilə nümunənizin nəmlik tərkibini ölçmək heç vaxt bu qədər sürətli və rahat olmamışdı. Laboratoriyada dəqiqlik və məhsuldarlığı artırmaq, sürətli və təkrarlanan nəticələr əldə etmək üçün cihazlarımız xüsusi nəzarətli halogen isitmə sisteminə malikdir və %0.01 həssaslıqla nəmlik analizini təmin edir. Dayanıqlı korpus və kompakt dizayn təmizlik və uzunömürlülük üçün hazırlanıb. Funksional simvollarla təchiz olunmuş sensor ekranlı menyu əməliyyat prosesinin hər mərhələsində istifadəçilərə rəhbərlik edir.
Standart Xüsusiyyətlər:
Qurutma parametrlərinizi tətbiqdən əvvəl müəyyən edərək MB120-nin yaddaşında 100-ə qədər fərqli metodu saxlaya və istədiyiniz zaman onları yenidən aktivləşdirə və ya istifadə edə bilərsiniz. Cihazla birlikdə gələn İstilik Bələdçisi nümunənizin optimal quruma temperaturunu təyin etməyə kömək edir və nəmlik analizini ən sürətli və uyğun şəraitdə aparmağınızı təmin edir. 100 analiz nəticəsini və statistik məlumatları cihaz yaddaşında təhlükəsiz şəkildə saxlayabilirsiniz.
Tam nəzarətli halogen isitmə sistemi sürətli və təkrarlanan nəticələr üçün xüsusi dizayn olunub. Geniş səthə malik halogen lampası nümunə üzərində istiliyi bərabər paylayır. Asan tək mərhələli qurutma üçün MB120-də dörd seçimli qurutma profili və nəmlik itkisi artıq hiss olunmadıqda aktivləşən 7 fərqli avtomatik bitirmə seçimi mövcuddur.
Xüsusi dizaynı sayəsində analiz bitdikdən sonra əlavə aparat tələb etmədən nümunə qabını asanlıqla təmizləmək mümkündür. Sağlam və dayanıqlı quruluşu ilə uzun illər etibarlı istifadə imkanı verir.
İkon əsaslı toxunma rəngli ekran vasitəsilə MB120 və MB90 cihazlarının bütün xüsusiyyətlərinə və parametrlərinə rahatlıqla giriş əldə edə bilərsiniz. Rəngli sensor ekranındakı simvollara əsaslanan naviqasiya istifadə prosesinin hər mərhələsində istifadəçilərə yol göstərir.
Xüsusiyyətlər
Sürətli Halogen İstilik Texnologiyası: Halogen isitmə texnologiyası nümunəni saniyələr içində qurudur. Ənənəvi infraqırmızı isitmə üsullarından 40% daha sürətlidir.
Dəqiq Qurudulma: Təkrarlana bilən və etibarlı nəticələr üçün əks etdirici nümunə kamerası, hər nümunənin homogen şəkildə qızdırılmasını təmin edərək 0.01% dəqiqliklə nəticələr əldə etməyə imkan verir.
Elastik və Güclü:
MB90 modeli ilə 40–200°C, MB120 modeli ilə isə 40–230°C arasında, hər dərəcəlik artımlarla qurutma aparmaq mümkündür.
Avtomatik sonlandırma Seçimləri: Nəmlik itkisi aşkar edildikdən sonra testi avtomatik dayandırmaq üçün fərdiləşdirilə bilən sonlandırma meyarlarını seçə bilərsiniz:
Manuel, Zamanlı, Avtomatik, faiz nəm itkisi, AutoFree A30, A60 və A90.
4 Fərqli İsitmə rejimi ilə Dəqiq Nəticələr.
Fərqli nümunələr üçün özünüzə uyğun xüsusi qurutma metodlarını təyin edərək istilik rejiminiizi seçə bilərsiniz:
- Sürətli: Hədəf temperaturuna mümkün olan ən qısa müddətdə çatır.
- Standart: Hədəf temperaturuna minimum artımlarla yaxınlaşır.
- Rampa: Hədəf temperaturuna vaxt əsaslı şəkildə çatır.
- Pilləli: Hədəf temperaturuna 3 idarə olunan mərhələdə çatır.
Əlaqəli məhsullar

DEFENDER™ 6000 WASHDOWN - I-D61XW
Defender 6000 Seriyası Yüksək Yuyulma Müqavimətinə Malik Masaüstü Tərə...

Ranger 7000
Təkmilləşdirilmiş xüsusiyyətlər sənaye tərəzisinin imkanlarını yeni sə...

Explorer Yüksək Tutumlu
Explorer seriyası artıq 35 kq-a qədər olan 3 yeni yüksək tutumlu model...

RANGER™ 2000
Ranger 2000, müxtəlif tətbiq sahələri üçün sürətli və dəqiq nəticələr...

SCOUT™ STX
Yüksək Dəqiqlik və Məhsuldarlıq üçün Asan idarə olunan Sensor Ekranlı...

SCOUT™ SKX
Təhsil tətbiq sahələri üçün nəzərdə tutulmuş OHAUS Scout, təhsil proqr...

NAVIGATOR™
OHAUS laboratoriya, sənaye və təhsil mühitlərindəki ümumi çəki ölçüülm...

COMPASS™ CX
Enerji səmərəliliyi nəzərə alınaraq hazırlanmış Compass CX seriyası 1....

COMPASS™ CR
Compass CR seriyası, sərfəli qiymətlə əsas çəki ölçmə funksionallığı v...

DEFENDER™ 6000 WASHDOWN - I-D61PW
Defender 6000 Seriyası Üstün Yuyula Bilən Masaüstü Tərəzi, istehsal və...

DEFENDER™ 5000 WASHDOWN - D52
OHAUS-un yeni nəsil Defender 5000 Seriyası çoxfunksiyalı yuyula bilən...

DEFENDER™ 5000 - D52
OHAUS-un yeni nəsil Defender 5000 Seriyası çoxfunksiyalı masaüstü tərə...

Explorer® Semi-Micro Tərəzilər
Profesional çəki ölçməsi üçün istehsal edilibLaboratoriyanızda 100.000...

Adventurer AX
Stabilik, Həssaslıq və Sürətli Əməliyyat Rutində Ən Doğru çəki Nəticəl...

Ranger™ 3000
Çox məqsədli Ranger 3000 müxtəlif tətbiq sahələri üçün sürətli və dəqi...

DEFENDER™ 3000 - I-D33
Defender 3000 Seriyası masaüstü tərəzilər; istehsalat, qablaşdırma, an...

RANGER™ 4000
Çox məqsədli Ranger 4000, dəyərin önəmli olduğu, lakin keyfiyyət, daya...

DEFENDER™ 2000 - D24P
OHAUS Defender 2000 Seriyası masaüstü tərəzilər, ticarət və sənaye çək...

Defender 7000
OHAUS Defender™ 7000 Seriyası, inkişaf etmiş çoxfunksiyalı göstərici,...

DEFENDER™ 3000 HYBRID - I-D33
Defender 3000 hibrid masaüstü tərəzilər; istehsal, qablaşdırma, anbar,...

DEFENDER™ 3000 WASHDOWN - I-D33
Defender 3000 Yuyulan Masaüstü Tərazilər, rütubətli mühitlərdə və ya y...
Texnologiya
Nəm Təyini
Tərkibində tərəzi və isitmə qurğusu olan bu cihaz, nümunənin başlanğıc çəkisini və qurudulma zamanı baş verən çəki itkisini hesablayaraq qısa müddətdə nəm və ya quru maddə faizini müəyyən edir.
Cihazın nümunə qoyma bölməsinə təxminən 2-3 qram nümunə s...
Davamını oxu