Logo
Select Location
  • Bosnia & Herzegovina
  • Czech Republic
  • Croatia
  • Poland
  • Romania
  • Serbia
  • Turkey
  • United States
  • Azerbaijan
  • Altium Global

Altium Azərbaycan 3-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo-nun (AZLTK & LAB EXPO 2025) konqresində iştirak etdi.

  Altium Azərbaycan  3-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo-nun (AZLTK & LAB EXPO 2025) 01-03 May 2025-ci il tarixlərində Baku Marriott Hotel Boulevard -da keçirilən konqresdə iştirak etmişdir. Bu konqres  Klinik laboratoriya sahəsində öz töhfələri və təcrübələri ilə tanınan Altium Azərbaycan komandası Azərbaycanın klinik laboratoriya mütəxəssislərinin üçüncü beynəlxalq konqresi çərçivəsində keçirilən konqresdə öz stendi ilə iştirak etməklə təcrübələrini artırmışdır. Bu ilki konqresimiz “Suveren Azərbaycan naminə!” mottosu/şüarı ilə keçirilmişdir

Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü qeyd olundu. Bununla da Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq üzərimizə düşən məsuliyyəti dərk etdiyimizi, laborator tibb sahəsinin mütəxəssisləri olaraq suveren və gücü Azərbaycan səhiyyəsi üçün bütün səylərimizi birləşdircəyimizi bəyan edirik.
  Tibb mənzərəsi texnologiya və tədqiqatdakı irəliləyişlərlə təkamül etməyə davam etdikcə peşəkarların mövcud çətinlikləri və imkanları toplaması, düşünməsi və birgə həlli vacib olur. Bunu nəzərə alaraq, konqres mütəxəssislər üçün laboratoriya təbabətinin müxtəlif sahələrini əhatə edən aktual problemləri nəzərdən keçirmək və müzakirə etmək üçün platforma yaratmaq məqsədi daşıyırdı. Buraya klinik biokimya, klinik mikrobiologiya və sürətlə inkişaf edən genetika sahəsində kritik mövzular daxil olmuşdur. Bu konqresdə laborator tibbin bütün istiqamətləri, o cümlədən, klinik biokimya, klinik mikrobiologiya və genetika sahəsində aktual məsələlərin nəzərdən keçirilməsi və müzakirəsi baş tutmuşdur. Üç fərqli zalda təşkil olunmuş konqresin proqramında laborator tibbin Biokimya, Mikrobiologiya və İmmunologiya, Genetika, Patologiya sahələrinə dair mövzular yer almışdır. Tibbi/Klinik Biokimya və Genetika zallarında bu sahələrlə yanaşı, molekulyar biologiya, genetika, toksikologiya, immunologiya, hematologiya və endikrinologiyaya dair mövzular; Tibbi/Klinik Mikrobiologiya zalında isə bu sahəyə əlavə olaraq, mikrobiologiya ilə əlaqəli bütün mövzular, xüsusilə, immunologiya, ətraf mühit mikrobiologiyası, peyvəndlər, epidemiyalar, mikrobiota, həmçinin, qlobal sağlamlıq, sindromik yanaşmalar və bioinformatika kimi sahələr müzakirə edilmişdir.  

Altium Azərbaycan komandası da bu konqres ərzində keçirilən sərgidə öz stendi ilə iştirak etmiş, məhsul və xidmətlərini ziyarətçilər üçün təqdim etmişdir. 

Sonda konfransda iştirakı üçün Altium Azərbaycan “Konqresdə İştirak Sertifikatı” ilə təltif olunmuşdur.

© Altium - BÜTÜN HÜQUQLAR QORUNUR brand

Cookie & Privacy Consent


We use cookies to personalize content, to provide social media features, to analyze our traffic, and to improve your browsing experience. These cookies may collect information about your device, preferences, or your browsing session. For more details, you can review our Cookie Policy

Some cookies are essential for our website to function properly (Essential Cookies). Others are used for marketing and statistical purposes, helping us understand how our services are being used so we can improve them.

Read Our Cookie Policy

Cookie Settings

Essential Cookies
Marketing Cookies
Statistical Cookies

Please note that Essential Cookies are always enabled as they are required for the website’s basic functions. Marketing and Statistical cookies may be toggled off, but it might affect your browsing experience.